
Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda silahlı insident baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, bir hərbçi qayınatasının evinə hücum edərək 4 nəfəri silahla qətlə yetirib.
Hadisədən sonra şübhəli şəxs intihara cəhd edib və ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Əraziyə çox sayda polis və təcili yardım briqadaları cəlb olunub, hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən çoxşaxəli araşdırma başlanılıb.
Safura Bənnayeva
Globalinfo.az