ehali

2026-cı ilin birinci rübünün nəticələrinə görə qonşu ölkələr üzrə orta aylıq əməkhaqqı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli paylaşım edib.

O, sıralamanın belə olduğunu bildirib:

“Rusiya – 1367 dollar, Belarus – 975 dollar, Qazaxıstan – 927 dollar, Gürcüstan – 870 dollar, Ermənistan – 813 dollar, Azərbaycan – 677 dollar, Qırğızıstan – 534 dollar.

Rəqəmlərə görə Azərbaycan bir tək Qırğızıstandan öndədir, heç bir təbii resursu olmayan ölkədən.

Yaxşı, bu vacib göstəriciyə görə biz niyə, məsələn, Gürcüstandan 193 dollar geri olmalıyıq ki?! Bu az bir məbləğ deyil axı, manatla 328 manat edir. Biz nə zaman deyinməyi buraxıb, problemlərin həlli moduna keçəcəyik?!”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: