
“Tarixin ən biabırçı Dünya Çempionatı ilə üz-üzəyik”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli bloger Yusuf Furkan deyib.
O bildirib ki, 48 komandalı DÇ-2026 böyük təşkilat olsa da, viza və giriş məhdudiyyətləri ciddi qalmaqallara səbəb olub:
“Məsələn, İraq millisinin futbolçusu Ayman Hüseyn hava limanında saatlarla sorğu-sual edilib, komanda fotoqrafına isə giriş icazəsi verilməyib”.
Bloger İran millisinin ABŞ-da düşərgə qura bilmədiyini, hazırlıq bazasını Meksikaya köçürmək məcburiyyətində qaldığını da vurğulayıb:
“Həmçinin bəzi ölkələrdən gələn azarkeşlərin viza və maliyyə problemləri səbəbilə stadionlara gələ bilməyib, bu səbəbdən tribunalar qismən boş qalıb”.
Y.Furkanın sözlərinə görə, təşkilati çatışmazlıqlar və təhlükəsizliklə bağlı problemlər isə turnirin “futbol hamı üçündür” prinsipinə ziddir.
O, sonda qeyd edib ki, futbolun əsas məqsədi insanları birləşdirməkdir və belə turnirlərdə hər kəs üçün bərabər şərait yaradılması vacibdir.
Daha ətraflı videoda:
Safura Bənnayeva
Globalinfo.az