1960-1963-cü illər arasında Kiprdə fəaliyyət göstərən Kipr Türk Tarix Cəmiyyəti (KTTK) 63 ildən sonra Şimali Kiprdə yenidən açılıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, KTTK adada türk varlığını, mədəniyyətini və tarixini qorumaq məqsədilə fəaliyyət göstərən mühüm elmi və ictimai təşkilatdır.
Sözügedən təşkilat yunanların 1963-cü ildə baş verən “Qanlı Milad” hücumlarından sonra fəaliyyətini dayandırmışdı.