1757231722 1648706845 ramzan kadirov 2

Ukrayna bir dövlət kimi mövcud olmamalıdır”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov deyib.

Respublika başçısı Rusiya rəhbərliyini Ukraynaya qarşı daha sərt tədbirlər görməyə çağırıb.

“Məndən soruşsanız, bütün Ukraynanı ələ keçirməliyik. Çünki bu gün mülki əhaliyə, mülki infrastrukturlara raket atırlar, onlar dövlət terrorçularıdır. Bu şeytanları dünyanın bir çox ölkəsi təmin edir. Rusiya onlarla ölkə ilə döyüşür və həmişə güclü, qüdrətli olduğunu sübut edir. Məndən soruşsanız, onlara daha güclü dəqiq silahlar atmalıyıq”, – o bildirib.

Ramzan Kadırov iddia edib ki, Rusiyanın düşmənləri Allahı tanımırlar:

“Axmat-Hacı iki – Allahın və şeytanların partiyasının olduğunu demişdi. Bugünkü düşmən Uca Yaradanı – Allahı tanımır. Onlar dünyanı məhv etmək istəyən allahsız bütpərəstlərdir”.

Paylaş: