Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 16-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.