ABŞ və İran Hörmüz boğazının açılması barədə razılaşmaya yaxınlaşır.
Globalinfo.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Yüksək vəzifəli İran rəsmisinin bildirib ki, tərəflər gələn həftə keçiriləcək “Böyük yeddilik” (G7) ölkələri liderlərinin sammiti fonunda razılaşma imzalaya bilər.
Ehtimal edilir ki, bu, tam hüquqi qüvvəyə malik müqavilə kimi deyil, anlaşma memorandumu kimi rəsmiləşdiriləcək.
Xatırladaq ki, bu il G7 sammiti iyunun 15-dən 17-dək Fransanın Evian şəhərində keçiriləcək.