phashinyany shnorhavorakan ugh n362411 1

Erməmistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda, xüsusilə, qeyd olunur:

“Bu mühüm gün Rusiya vətəndaşlarının öz ölkələrinin gələcəyi qarşısında məsuliyyətini, həmçinin dövlətin inkişaf yolunun müstəqil seçiminə yönəlmiş dost rus xalqının istəklərini təcəssüm etdirir.

Əminəm ki, Ermənistan və Rusiya xalqları arasında çoxşaxəli əlaqələr, eləcə də bir-birinin suverenliyinə və dövlət maraqlarına hörmətə əsaslanan açıq və konstruktiv dialoqa qarşılıqlı hazırlıq bundan sonra da əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Əziz Vladimir Vladimiroviç, dövlət fəaliyyətinizdə rifah və uğurlar, Rusiya xalqına isə hər cür xeyir və firavanlıq arzulayıram”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: