İran və Qətər nümayəndələri ABŞ tərəfindən də qəbul oluna biləcəyi ehtimal edilən sülh sazişi layihəsi üzərində razılıq əldə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Belə ki, tərəflər bir sıra mühüm məsələlər üzrə mövqelərini yaxınlaşdıra biliblər.
Bunlara İranın dondurulmuş xarici aktivlərinin taleyi, atəşkəs müddətində Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və gələcək nüvə danışıqlarının əsas prinsiplərinin müəyyənləşdirilməsi daxildir.
Mənbənin məlumatına əsasən, hazırlanan layihə Vaşinqton üçün də məqbul variant kimi qiymətləndirilir və hazırda yekun siyasi qərar mərhələsindədir.
İran rəsmiləri bildiriblər ki, sazişin rəsmi qüvvəyə minməsi üçün ölkənin ali rəhbəri Müctəba Xamenei tərəfindən təsdiqlənməsi vacib şərtdir.
Tahir Turan
Globalinfo.az