Rusiyanın Tehrandakı səfirliyi paytaxtdakı Müqəddəs Nikolay kilsəsinin qarət edildiyini açıqlayıb.
Globalinfo.az-ın xəbərinə görə, diplomatik nümayəndəliyin teleqram kanalında yayımlanan bəyanatda bildirilib ki, bu məbəd İranda ən qədim kilsələrdən sayılır və Tehrandakı yeganə Rus Pravoslav kilsəsidir.
Səfirlik vurğulayıb ki, xristian dini abidələrinə ənənəvi olaraq hörmətlə yanaşılan İranda belə bir hadisənin baş verməsi gözlənilməzdir. Diplomatik nümayəndəlik hadisədə əli olan şəxslərə müraciət edərək oğurlanan ikonaları kilsəyə qaytarmağa çağırıb.
Məlumata görə, kilsə mövcud olduğu onilliklər ərzində İkinci Dünya müharibəsini, İran-İraq savaşınıvə Yaxın Şərqdə baş verən son hadisələri zərər görmədən keçirib. Yeganə istisna 2026-cı ilin yazında ABŞ səfirliyinin ərazisinə endirilən zərbələr nəticəsində alınan zədələrdir.
Əliyar Xəlil