15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günləri olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə qatarlar şənbə-bazar günlərinin hərəkət cədvəli ilə hərəkət edəcək.
Bu barədə Globalinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.
Sərnişinlər hərəkət cədvəli ilə səhmdar cəmiyyətinin saytında və ya “ADY Mobile” tətbiqində tanış ola bilərlər.