Rusiya Simonyanın bahalı hədiyyəsini geri qaytardı

Rusiya Dumasının sədri Vyaçeslav Volodin bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyanın verdiyi bahalı hədiyyəni geri qaytarıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “168.am” saytı yayıb.

Sayt Rusiya tərəfinin son zamanlar Ermənistanın hakim partiyası, xüsusilə də Alen Simonyana qarşı mənfi münasibətini gizlətmədiyini bildirib.

Volodinin bu addımına əsas səbəb kimi Simonyanın davranışı və rusiyalılara məhəl qoymaması göstərilib.

Daha bir maraqlı məqam isə Simonyanın son zamanlar öz yaxın ətrafı ilə danışıqlarda etdiyi etiraf olub. Belə ki, spiker hakimiyyət dəyişikliyindən sonra Ermənistanda yox, ABŞ-da yaşayacağını söyləyib.

Qeyd edək ki, sayt Simonyanın Volodinə nə bağışladığını açıqlamayıb.

İlkin Həsənov
Globalinfo.az