Fransalı milyarder Pyer-Eduard Sterin övladlarını mirasdan məhrum etmək və 200 illik Napoleon qanununu dəyişdirmək istəyir.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Belçikada yaşayan 52 yaşlı iş adamı Pyer-Eduard Sterin Fransa Senatının onlayn qatıldığı iclasda miras qanunları haqda danışıb. Sterinin beş uşağı olsa da, onlara miras qoymaq istəmir. “Uşaqlarımın həyatını məhv etmək istəmirəm, onlara bir qəpik də vermək niyyətində deyiləm. Sıfırdan başlamaq əsl azadlıqdır”, – milyarder bildirib.
1804-cü ildə qəbul edilmiş Napoleon Məcəlləsinə görə, uşaqlar zəmanətli varislərdir. Üç və ya daha çox uşaq valideynlərinin əmlakının üçdə birinə sahib olmaq hüququna malikdir. “Hesab edirəm ki, hər kəs öz əmlakı ilə nə edəcəyinə özü qərar verməlidir. Mən sərvətimi xeyriyyə təşkilatlarına bağışlamaq istərdim”, – Sterin əlavə edib.