“Azərbaycanda Ödəniş Kartı Sənayesi Məlumat Təhlükəsizliyi Standartlarının milli qanunvericiliyə inteqrasiyası zəruri hesab olunur”.
Globalinfo.az xəbər verir ki, bu barədə Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində ABA-nın nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov danışıb.
O bildirib ki, ödəniş kartı məlumatlarının qorunmasına yönələn PCI DSS standartları hazırda risklərin idarə olunması sahəsində ən çox müzakirə edilən məsələlərdən biridir:
“Bu tələblərin tətbiqinə başlamazdan əvvəl mövcud ekosistemin vəziyyəti ətraflı təhlil edilməlidir. Mümkün tələblər ilk növbədə qanunvericilikdə öz əksini tapmalıdır. Əks halda, müxtəlif yanaşmaların ortaya çıxması ekosistem iştirakçıları üçün əlavə maliyyə xərclərinə səbəb ola bilər”.
T.Rüstəmov qeyd edib ki, aparılan qiymətləndirmə nəticəsində bəzi iştirakçılar üçün yalnız bir neçə əsas tələbin kifayət etdiyi müəyyənləşə bilər:
“Belə halda həmin tələblərin Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə yerli qanunvericiliyə daxil edilməsi mümkün olacaq”.
Ləman İmran
Globalinfo.az