Polis yola çıxan qadınla bağlı açıqlama verib.
Daxili İşlər Nazirliyindən Globalinfo.az-a bildirilib ki, paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.
Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.
Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, sosial şəbəkələrdə bir qadının hərəkətdə olan avtomobilin üzərinə uzanaraq yol hərəkətinə mane olmasını əks etdirən görüntülər yayılmışdı.
***09:52
Bakıda qeyri-adi hal yaşanıb.
Globalinfo.az bildirir ki, “Unikal”ın məlumatına görə, paytaxtın Azadlıq prospektində ayaqyalın gəzən qadın “Changan” markalı avtomobilin qarşısını kəsib.
O, avtomobillərin hərəkətinə mane olub. Yolda sıxlıq yaranıb.
Qadının hansı səbəbdən bunu etdiyi hələlik məlum deyil.
