Rusiya Təhlükəsizlik Şurası yanında Elmi-Ekspert Şurasının MDB problemləri üzrə komitəsinin iclasında Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişafı məsələləri müzakirə olunub.
Globalinfo.az-ın xəbərinə görə, iclası açan Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Cənubi Qafqazda mövcud vəziyyət xüsusi diqqət tələb edir.
O vurğulayıb ki, regionda mövcud problemlərin həlli üçün regional yanaşmaların tapılması və tətbiq edilməsi vacibdir.
İclas Anatoli Torkunov sədrliyi ilə keçirilib. Komitə üzvləri dünyada geosiyasi proseslərdə müşahidə olunan qeyri-sabitliyin artdığı bir şəraitdə Cənubi Qafqaz respublikaları ilə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini təhlil ediblər.
Müzakirələr zamanı region ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi, təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
Əliyar Xəlil