siyavus cingiz

“Hamı bilir ki, böyük oğlum dələduzdur. Amma onun xətrini çox istəyirəm, bir dəfə də olsun üzümə ağ olmayıb”.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu sözlər mərhum Xalq artisti Siyavuş Aslana məxsusdur.

O bunu Mehriban Ələkbərzadənin 2001-ci ildə verdiyi müsahibəsində bildirib.

“PersonA” layihəsi çərçivəsində həmin müsahibə “Space TV”-də yayımlanıb.

Xatırladaq ki, mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov 2023-cü ilin mayında vəfat edib.

Paylaş: