FHN-in “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə kol-kos yanması barədə məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a nazirlikdən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
***14:10
Hacıqabulda açıq ərazidə yanğın başlayıb.
Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, açıq ərazidə yığılan iritonnajlı avtomobillərin təkər tullantıları yanır.
FHN-in Hacıqabul və Şirvan bölmələri tərəfindən yanğının söndürülməsi, yaxınlıqda olan fermer təsərrüfatları və neft buruqlarına keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.
