1696508181 photo1696507962 900x652 1

Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, Zelenski iki ölkə arasında əməkdaşlığın inkişaf etdiriməsinə hazır olduğunu söyləyib.

“Ermənistanı demokratik və azad seçkilər keçirdiyinə görə, Nikol Paşinyanı isə qələbəsi münasibətilə təbrik edirəm. Bu, həm də Ermənistanın suverenliyi, müstəqilliyiniz və həyatınızda istədiyiniz kimi yaşamaq hüququnuzun qələbəsidir. Sizə uğurlar arzulayırıq”, – Ukrayna lideri bildirib. 

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk da Ermənistan parlamentinin sədri, Paşinyanın partiyasının üzvü Alen Simonyanı təbrik edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: