leyen

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində “Vətəndaş Müqaviləsi’” partiyasının qələbəsi münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“2018-ci ildə sizin rəhbərliyinizlə baş verən “məxməri inqilab”ın ruhu hələ də canlıdır və güclüdür.

Biz demokratik Ermənistana olan tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Ermənistan getdikcə Avropaya daha da yaxınlaşır. Siz bizə arxalana bilərsiniz”, – deyə Leyen qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: