6a25c9e3267fd6a25c9e3267fe17808614116a25c9e3267fb6a25c9e3267fc

İranın ali liderinin hərbi müşaviri Möhsün Rezai bildirib ki, İsrailə endirilən son zərbə Təl-Əvivə Livana hücumları dayandırmaq üçün göndərilmiş xəbərdarlıqdır.

Globalinfo.az xəbər verir ki, Rəzai bu barədə “X” hesabında yazıb.

Onun sözlərinə görə, İran İslam Respublikası dəfələrlə atəşkəs rejiminin pozulmasına və Livana qarşı təcavüzə dözməyəcək.

    “Bu axşam təcavüzkarlar öz cavablarını aldılar. Bu cavab onların cinayətlərini dayandırmaları üçün xəbərdarlıqdır”, – o qeyd edib.

    Rəzai vurğulayıb ki, gərginliyin bundan sonra da artırılması daha dağıdıcı cavab tədbirlərinə və daha ağır nəticələrə gətirib çıxaracaq.

    Paylaş: