“Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenski milli maraqlara qarşı laqeyd münasibətləri ilə bir-birinə bənzəyirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
“Onlar əslində avantürist yanaşmaları və öz ölkələrinin maraqlarına qarşı sərgilədikləri həyasız münasibətlə çox oxşardırlar”, – o bildirib.
Köçəryanın sözlərinə görə, postsovet məkanının bu iki liderini müqayisə etmək tamamilə ədalətlidir.
Bununla yanaşı, eks-prezident qeyd edib ki, Paşinyanın partiyası seçkilərdə qalib gəlsə belə, Ermənistanın Ukraynanın hərbi müttəfiqinə çevriləcəyi ehtimalı azdır.
Əliyar Xəlil
Globalinfo.az