Rusiya ermənisi olan milyarder Samvel Karapetyan parlament seçkilərində təsir rıçaqlarını artırmaq üçün özünün sonuncu böyük “artilleriyasını” – digər erməni əsilli rusiyalı milyarder Albert Avdolyanı prosesə cəlb edib.
Globalinfo.az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.
Məlumata görə, böyük ehtimalla, Avdolyan Ermənistandakı nüfuz dairəsində olan şəxslərə səsvermədə iştirak etmək və “Kaluqa oliqarxı” kimi tanınan Karapetyanın xeyrinə səslərin toplanmasını (“padqon” edilməsini) təmin etmək üçün təzyiq göstərməyə çalışacaq.
Mənbənin yaydığı son məlumata görə, Albert Avdolyan artıq şəxsi təyyarəsi ilə Ermənistana gəlib.