“Ermənistanda müxalifət 2021-ci il parlament seçkilərində buraxdığı səhvləri nəzərə alıb”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Tiqran Köçəryan “RİA Novosti”yə açıqlamasında deyib.
O, bunun Baş nazir Nikol Paşinyan üçün əlverişsiz vəziyyət yaratdığını bildirib.
“Müxalifət partiyaları nəhayət öz seçici bazalarını müəyyənləşdiriblər və onların elektoratları demək olar ki, üst-üstə düşmür”.
Politoloqun sözlərinə görə, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun rəhbərlik etdiyi “Ermənistan Bloku” daha çox xarici siyasət və Paşinyanın məsuliyyətə cəlb olunması mövzusuna fokuslanır.
Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” iqtisadiyyat və məşğulluq məsələlərini önə çıxarır.
Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası kəndlər və sosial sahəyə diqqət ayırır, Arman Tatoyanın “Birliyin Qanadları” hərəkatı isə gənclərə və liberallara yönəlib.
Politoloq bildirib ki, müxalifət əvvəlki seçkilərdəki kimi eyni seçici qrupuna görə rəqabət aparmaq taktikasından imtina edib.
Onun fikrincə, seçici fəallığı nə qədər yüksək olarsa, Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qələbə şansı bir o qədər azalacaq.
“Bu taktika dəyişikliyi Paşinyan üçün pis xəbərdir. O, əsasən bürokratik aparat və güc strukturlarına söykənir”.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri başlayıb.
Əliyar Xəlil
Globalinfo.az