WhatsApp Image 2026 06 06 at 00.51.50

İrəvandakı Respublika meydanında Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı kampaniyasının yekunlarına həsr olunmuş böyük mitinq keçirilib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mitinqdə hökumətin digər nümayəndələri ilə yanaşı, həm də Ermənistanın Baş naziri, “Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan çıxış edib.

“Dövlətin sahibi xalqdır, dövləti də xalq istiqamətləndirməlidir. Bu istiqamətlərdən birincisi ondan ibarətdir ki, üçbaşlı müharibə partiyası 7 iyun 2026-cı il seçkilərinin nəticələrinə görə parlamentdə yer almamalıdır. Ermənistan xalqını satın ala biləcəklərini, xalqı ləkələyə biləcəklərini düşünən o casus şəbəkələri səsvermənin nəticələri ilə diz çökdürülməlidir. Xalq öz mesajını aydın şəkildə formalaşdırıb: seçkilərdən dərhal sonra, qısa müddət ərzində Robert Koçaryan həbs olunmalı və 1 mart cinayətinə görə məhkəmə qarşısına çıxmalıdır”, – o deyib.

Paşinyan ölkədə müstəqil məhkəmə sisteminin qurulmalı olduğunu vurğulayıb: “Niyə bu problem indiyədək həll olunmayıb? Aydın deyirəm: bunun əsas səbəblərindən biri xalq tərəfindən qəbul edilməmiş Konstitusiyadır. Bu Konstitusiya bütün mümkün yollarla mülki və məhkəmə mafiyalarını müdafiə edir”.

Baş nazirin sözlərinə görə, bütün bu problemləri həll etmək üçün seçkilərdən sonra yeni Konstitusiya qəbul edilməlidir.

Paşinyan həmçinin 7 iyun seçkilərindən sonra Ermənistanın keçmiş rəhbərlərinin öz cəzalarını alacaqlarını vəd edib. “Hüquq-mühafizə sistemindən tələb edirəm, bütün seçki saxtakarları, seçkiqabağı rüşvət verən hər kəs, çox tez – bir neçə saat ərzində istisnasız həbsxanalarda olmalıdır”.

Hazırkı hökumət başçısı vətəndaşları Ermənistan Respublikasını, onun müstəqilliyini və azadlığını müdafiə etməyə çağırıb.

“Vətəndaş müqaviləsi” partiyasının məlumatın görə, mitinqdə azı 32 min nəfər iştirak edib.


5269501225667860654

Paylaş: