Tramp 1 900x506 2

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı proqnoz verərək, döyüşlərin tezliklə bitə biləcəyinə inanıb.

Globalinfo.az xəbər verir ki, o, bu açıqlamanı jurnalistlərlə görüşündə verib.

“Düşünürəm ki, münaqişə həll olunacaq. Deyəsən, biz artıq Rusiya ilə Ukrayna arasında sülhə yaxınlaşırıq. Düşünürəm ki, bu, həll edilə bilər”, – deyə o bildirib.

Tramp həmçinin bir daha vurğulayıb ki, əgər o, 2022-ci ildə prezident olsaydı, Ukraynadakı münaqişə baş verməzdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: