prez 981 900x615 2

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə şəxsi rifah arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıqla bağlı xoş diləklərimi bildirirəm.

Ölkənizin bütün vətəndaşları və dostları üçün çox əhəmiyyətli olan bu gündə Portuqaliyanın dövlətlərimizi və xalqlarımızı birləşdirən ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə sadiqliyini bir daha vurğulayıram. Portuqaliyanın Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasının bu məqsədə mühüm töhfə verəcəyinə ümidvar olduğumu qeyd edirəm.

Cənab Prezident, səmimi təbriklərimi bir daha təkrarlayaraq, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, mətndə deyilir:

“Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və rifah arzularımı bildirirəm”.

X X X

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

    “Cənab Prezident.

    Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.

    Məmnuniyyətlə qeyd edirəm ki, Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı hörmətə, ortaq tarixi, mədəni dəyərlərə əsaslanan ənənəvi dostluq münasibətləri və əməkdaşlıq birgə səylərimizlə genişlənməkdə davam edir.

    Zati-aliləri, ölkələrimiz arasındakı münasibətləri əhəmiyyətli iqtisadi əməkdaşlıqla daha da dərinləşdirmək, uzunmüddətli inkişaf siyasətimizdə müəyyən edilmiş prioritet sahələr çərçivəsində əlaqələri genişləndirmək, həmçinin hərtərəfli davamlı inkişafın təşviqində beynəlxalq birliyin səylərinə birgə töhfələr vermək üçün Sizinlə hər zaman işləməyə hazıram.

    Cənab Prezident, Sizə və sevimli ailənizə möhkəm cansağlığı, rifah, dost Azərbaycan xalqına isə firavanlıq arzulayıram”.

    X X X

    Livan Respublikasının Baş naziri Nəvaf Salam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

    Globalinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

      “Zati-aliləri.

      Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

      Tam əminəm ki, Azərbaycan ilə Livan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcək”.

      Paylaş: