“İsrail Livanda “Hizbullah”ın mövqelərinə hücumları davam etdirsə, Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Həmidrza Hacı Babayi deyib.
“ABŞ və İsrail hər dəfə təzyiq altında qaldıqda, “Hizbullah”a hücum edirlər. Əgər bu hücumlar dayanmasa, biz zərbə endirəcək və Bab əl-Məndəb boğazını bağlayacağıq”,- deyə o qeyd edib.
Hacı Babayi həmçinin Vaşinqtonun İranın nüvə silahı yarada biləcəyi ilə bağlı narahatlıqlarına münasibət bildirib:
“İranın ən güclü atom bombası Hörmüz boğazıdır”.
Safura Bənnayeva
Globalinfo.az