Rusiya Cənubi Qafqaz üzrə xarici işlər nazirləri səviyyəsində “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç qonşusu – Rusiya, Türkiyə, İran) növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsini gözləyir, bu məsələ ilə bağlı müzakirələr davam edir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin MDB işləri üzrə müavini Mixail Qaluzin deyib.
“Nazirlərin növbəti görüşünün ya Bakıda, ya da İrəvanda keçiriləcəyini gözləyirik. Bu məsələ ilə bağlı danışıqlar Azərbaycan və Ermənistandan olan həmkarlarımız arasında davam edir. Rusiya “3+3” formatında tam əməkdaşlığı təmin etmək üçün bütün Cənubi Qafqaz regionunda nəqliyyatın tamamilə açılmasını dəstəkləyir. Gürcüstan “3+3” platforması üçün vacib tərəfdaşdır, onun iştirakı olmadan formatın perspektivləri tam şəkildə reallaşa bilməyəcək”, – o bildirib.