yohan

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya lideri Vladimir Putinə səslənib.

Globalinfo.az xəbər verir ki, o, ölkə başçısını sülh danışıqlarına Avropanın iştirakı ilə başlamağa çağırıb.

Nazir bildirib ki, münaqişənin dayandırılması üçün artıq danışıqlar masasına oturmağın vaxtıdır və Avropa bu prosesdən kənarda qala bilməz:

“İndi danışıqlar masasına əyləşməyin vaxtıdır. Hamı görür ki, münaqişə elə bir mərhələyə çatıb ki, ona təcili son qoyulmalıdır”.

Nazirin sözlərinə görə, Almaniya və Avropa İttifaqı (Aİ) danışıqlar prosesinə cəlb edilməlidir. O hesab edir ki, burada söhbət Avropa qitəsinin təhlükəsizliyindən, Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarından və ölkənin Avropa inteqrasiyasından gedir. Buna görə də bu məsələlər Avropa İttifaqının iştirakı olmadan müzakirə edilə bilməz:

“Buna görə avropalılar bu danışıqlarda iştirak etməlidirlər. Biz istənilən vaxt bunun hansı formatda və nə zaman baş tutacağına qərar verə bilərik”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: