Gemini Generated Image 6qjqxm6qjqxm6qjq 1

Rusiyalı oliqarx Samvel Karapetyanın İrəvanda keçirilən mitinqində Azərbaycan dilində səs yazıları səsləndirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu haqda teleqram kanalları görüntülər paylaşıb.

Belə ki, onun tərəfdaşları revanşist əhval-ruhiyyəni qızışdırmaq üçün Azərbaycan dilində səs yazıları səsləndirərək iştirakçıları “Azərbaycan təhlükəsi” ilə qorxutmağa başlayıblar.

Səs yazısında İrəvana gedib erməni mənzilində məskunlaşan azərbaycanlı ailə təsvir edilib.

Paylaş: