“İmperator Peterhof Fabriki” Rusiya Prezidenti Vladimir Putin üçün yeni saat modeli hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə şirkət nümayəndələri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (PMEF) stendində “RIA Novosti”yə danışıb.
“Dövlət başçısı üçün yeni məhsulun hazırlanması artıq başlanıb, lakin layihə barədə heç bir detal açıqlanmayacaq”, – deyə onlar bildirib.
Fabrikin nümayəndələri həmçinin xatırladıblar ki, 2022-ci ildən etibarən Vladimir Putin xüsusi sifarişlə hazırlanmış İPF (İmperator Peterhof Fabriki) saatı taxır:
“Həmin saatların xüsusi bir özəlliyi var: hazırlanarkən aqat daşından istifadə olunub və bu material brendin başqa heç bir modelində yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az