Qarşıdakı gecə Rusiyanın Ukraynaya növbəti genişmiqyaslı hava hücumu həyata keçirə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyat orqanlarından daxil olan məlumatlara əsasən özünün Teleqram kanalında paylaşıb.
Dövlət başçısı vətəndaşları hava həyəcanı siqnallarına ciddi yanaşmağa, rəsmi xəbərdarlıqları izləməyə və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Onun sözlərinə görə, təhlükənin miqyası nəzərə alınaraq əhalinin ayıq-sayıq olması və mülki müdafiə tədbirlərinə riayət etməsi vacibdir.
Tahir Turan
Globalinfo.az