Anar Prezidentə təşəkkür etdi: “Əməyimi qiymətləndirib”

Xalq yazıçısı Anar Prezident İlham Əliyevə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsinə görə təşəkkür edib.

Globalinfo.az bildirir ki, Anar Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

“Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Çox sağ olsun, əməyimi qiymətləndirib”.

Qeyd edək ki, yazıçı Anarın 85 yaşı tamam olub.