Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində yaşanan problemləri doğru hesab etmədiyini bildirib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, CHP-də baş verən hadisələrin ölkə demokratiyasına zərər vurduğunu qeyd edib.
“Parçalanmış bir CHP imici formalaşdırılmasına və hətta bunun qanuniləşdirilməsinə çalışıldığının şahidi oluruq”, – Baxçalı deyib.
MHP lideri məsələnin həssaslığını önə çəkərək, aidiyyəti qurumları müvafiq addımlar atmağa çağırıb:
“Ali Məhkəmə mövzunun həssaslığını nəzərə alaraq, ən qısa müddətdə etirazla bağlı qərarını verməlidir”.