“Serbiya üzləşdiyi təzyiqdən asılı olmayaraq, Avropa İttifaqına (Aİ) gedən yolundan əl çəkməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O bildirib ki, Belqrad Aİ-yə üzvlük üçün tələb olunan meyarlara əməl etmək istiqamətində işini davam etdirəcək.
Serbiya lideri eyni zamanda ölkəsinin Rusiya ilə vizasız gediş-gəliş rejimini ləğv etməyəcəyini də açıqlayıb.
Bundan əvvəl Serbiya parlamentində Aİ-yə inteqrasiya prosesinin bir hissəsi kimi 2026-cı ilin sonunadək Rusiya ilə vizasız rejimin ləğv edilməsinin mümkünlüyü müzakirə olunurdu.
Serbiya Xarici İşlər Nazirliyi isə hələ bir il əvvəl ölkənin viza siyasətini Avropa standartlarına uyğunlaşdırmaq niyyətində olduğunu bəyan etmişdi.
Məlumata görə, Kreml Serbiyanın vizasız rejimi ləğv edəcəyi təqdirdə, Moskvanın da analoji addımlar ata biləcəyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az