owl detail 620 4b43e9cdde6617726ab8697995bb1b38

PSJ-nin gürcü futbolçusu Xviça Kvaratsxeliya rus dilində verilən sualı cavablandırmaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sports.ru” məlumat yayıb.

Müxbir oyunçuya, “Xviça, mənə rus dilində hansı hissləri keçirdiyini deyə bilərsənmi?” – sualını ünvanlayıb. Futbolçu isə ingilis dilində, “Danışa bilmirəm, üzr istəyirəm”, – deyə cavab verib. 

Qeyd edək ki, 30 mayda PSJ “Arsenal”ı məğlub edərək ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. 

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: