Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ona bir sıra mübahisəli məsələlərdə balanslı mövqeyinə, eləcə də dostcasına tonuna və dəstəyinə görə təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Söhbət zamanı iki ölkə liderləri müzakirələri münasib vaxtda görüş şəklində davam etdirmək barədə razılığa gəliblər”, – deyə bildirilib.
Qeyd edək ki, Rusiya lideri Paşinyanın ad günü münasibətilə ona zəng edib.
Əliyar Xəlil
Globalinfo.az