rusiya 1

2026-cı ilin yanvar–aprel aylarında Rusiya istehsalı olan arağın əsas alıcısı Qazaxıstan olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Aqroeksport” mərkəzinin Teleqram kanalında bildirilib.

Qeyd edilib ki, Qazaxıstan sözügedən dövrdə ümumilikdə 3,6 milyon dollar dəyərində Rusiya arağı alıb:

“İkinci yerdə Azərbaycan qərarlaşıb. İxracın dəyəri 55 faiz artaraq 2,2 milyon dolları keçib.

Üçüncü yerdə isə Gürcüstan yer alıb və bu ölkəyə ixracın dəyəri 1,7 milyon dollar olub”.

Məlumata görə, Rusiya arağının ixracının artması ölkədə qiymətlərin sürətlə yüksəlməsi fonunda baş verir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: