İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın hərbi bazasına zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
“ABŞ hərbçiləri İranın Sirik adasında yerləşən rabitə qülləsinə hücum edib. Bundan sonra SEPAH cavab əməliyyatı keçirərək ABŞ-a məxsus hərbi bazanı vurduğunu və əvvəlcədən müəyyən edilmiş bütün hədəflərin məhv edildiyini bildirib”, – deyə qeyd olunub.
SEPAH açıqlamasında ABŞ-a xəbərdarlıq da edib:
“Əgər İrana qarşı yeni hücumlar olarsa, cavab daha genişmiqyaslı və daha sərt olacaq”.
ABŞ tərəfi isə hələlik İranın bu iddialarına rəsmi münasibət bildirməyib.
Bundan əvvəl ABŞ-ın İranın cənubundakı bəzi hərbi obyektlərə zərbələr endirdiyi barədə məlumat yayılmışdı.
Vaşinqtondakı mənbələr həmin hədəflərin ABŞ qüvvələri və Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükə yaratdığını iddia etmişdi.
İran isə buna cavab olaraq ABŞ bazalarına hücumlar təşkil edib.
Əliyar Xəlil
Globalinfo.az