Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu və hazırda respublikanın Təhlükəsizlik Şurasının katibi olan Adam Kadırov “xüsusi hərbi əməliyyata verdiyi töhfə”yə görə növbəti medalla təltif olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat yayıb.
Qeyd edək ki, A.Kadırov Rusiya Xüsusi Təyinatlılar Universiteti nəzdində könüllülərin hazırlanması istiqamətində də fəaliyyət göstərir.
Bu, onun aldığı ilk mükafat deyil. Kadırov daha əvvəl Zaporojye Atom Elektrik Stansiyasının mühafizəsinin təşkilinə və təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəyə görə də medalla təltif edilmişdi.
Xatırladaq ki, Adam Kadırov son illərdə çoxsaylı fəxri ad və mükafatlarla təltif olunub. Atası Ramzan Kadırov isə əvvəllər oğlunun bütün mükafatları konkret xidmətlərinə görə aldığını bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az