
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlar zamanı nümayəndələri tərəfindən hazırlanan nüvə sazişi layihəsi ilə tanış olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Bildirilib ki, Tramp sənəd təsdiqlənməzdən əvvəl bir sıra dəyişikliklərin edilməsini tələb edib.
“Əsas düzəlişlər İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı daha sərt şərtləri, həmçinin Hörmüz boğazında gəmiçilik rejiminə dair daha aydın ifadələrin daxil edilməsini əhatə edir.
ABŞ rəsmiləri hesab edir ki, İran yaxın bir neçə gün ərzində Trampın təkliflərinə cavab verəcək”.
Safura Bənnayeva
Globalinfo.az