nato

NATO hazırda uzun müddətdir zəruri olan və nəticə etibarilə faydalı dəyişiklik dövrünü yaşayır”.

Globalinfo.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqon deyib.

Onun sözlərinə görə, alyans daxilində baş verən proses parçalanma və ya fikir ayrılığı deyil, Avropanın daha böyük məsuliyyət götürməsinə yönəlmiş dəyişiklikdir:

“Bu yanaşmanın mahiyyəti məsuliyyətin artırılmasına daha ciddi yanaşmaq və yükün ədalətli, real şəkildə bölüşdürülməsindən ibarətdir.

Avropa ölkələri artıq müdafiə sahəsində daha çox öhdəlik götürür, hərbi potensialın gücləndirilməsinə investisiya yatırır və öz təhlükəsizliyinin təmin olunmasında liderliyə can atırlar”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: