
Tehran və Vaşinqton arasında imzalanması gözlənilən memorandumun bəzi qeyri-rəsmi detalları açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı İran mediası məlumat yayıb.
Bildirilir ki, hələlik rəsmi təsdiqini tapmamış razılaşma layihəsi İrana Hörmüz boğazından keçən gəmiçiliyə nəzarət üzrə daha geniş səlahiyyətlər verilməsini nəzərdə tutur:
“Buraya İranın təhlükə hesab etdiyi gəmiləri təsnif etmək, yoxlamaq və zəruri hallarda onların keçidini məhdudlaşdırmaq hüququ da daxildir. Layihədə həmçinin ABŞ tərəfindən 60 gün ərzində dondurulmuş 12 milyard dollarlıq İran aktivlərinin blokdan çıxarılmasına yardım göstərilməsi ilə bağlı öhdəlik yer alıb”.
Bununla yanaşı vurğulanır ki, sənədin mətni hələ tam razılaşdırılmayıb və tərəflər arasında danışıqlar davam edir.
Safura Bənnayeva
Globalinfo.az