Futbol azarkeşləri Parisdə iğtişaşlar törədiblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazıb.
Qəzetin məlumatına görə, xuliqanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar, fişənglər atıblar. Polis buna göz yaşardıcı qazdan istifadə edib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, iğtişaşlarla bağlı 10 nəfər saxlanılıb.
Qeyd edək ki, PSJ bir qədər əvvəl Çempionlar Liqasının qalibi olub.