Gürcüstan sabiq prezidenti Salome Zurabişvili Rusiyanı ölkəsinə qarşı hibrid müharibə və hücumlar aparmaqda ittiham edib.
Globalinfo.az xəbər verir ki, o bu fikri Odessada keçirilən forumda səsləndirib.
Zurabişvili bildirib ki, Moskva Gürcüstandan hibrid təsir metodlarının sınaqdan keçirildiyi platforma kimi istifadə edir.
Onun sözlərinə görə, bu proses təbliğat kampaniyaları, dövlət institutlarına təsir göstərilməsi və qanunvericilik vasitəsilə təzyiq mexanizmlərinin tətbiqi ilə müşayiət olunur:
“Bu addımların əsas məqsədi Tbilisinin Avropaya inteqrasiya kursunu zəiflətməkdir.
Son illərdə qəbul olunan bəzi qanunlar da Gürcüstanın öz gələcəyini sərbəst şəkildə müəyyən etmək hüququna təsir göstərməyə yönəlmiş geniş strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Tahir Turan
Globalinfo.az