ordu

İtaliya silahlı qüvvələri Rumıniyadakı mövcudluğunu gücləndirməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Məlumata görə, Rumıniya qoşunları üçün təlim proqramında iştirak etmək məqsədilə təxminən 100 əsgər və bir neçə qırıcı təyyarə göndəriləcək.

Əməliyyat 15 iyunda başlayacaq və ən azı bir ay davam edəcək. Mənbələrə görə, kiçik bir qrup italyan əsgəri artıq Rumıniya hərbi bazasına çatıb. Təlim təxminən 4500 ABŞ əsgərinin də yerləşdiyi Konstansa yaxınlığındakı hava bazasında keçiriləcək.

Qəzetin məlumatına görə, əməliyyat əvvəlcədən planlaşdırılıb, lakin ictimaiyyətə açıqlanmayıb. Rumıniyanın Qalati şəhərində baş verən hadisədən sonra qoşun göndərmək məsələsində təcili addım atılıb. Hadisə nəticəsində pilotsuz təyyarə binanın damına düşüb və iki nəfər yaralanıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: