pasinyan 900x499 2

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin şimalında beynəlxalq avtomobil magistralının tikintisinin nəzərdən keçirildiyini bildirib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, marşrut Tavuş, Lori və Şirak vilayətlərindən keçə, Asiya ilə Avropa arasında yükdaşımaları sürətləndirə bilər.

Paşinyan həmçinin şərq-qərb istiqamətində dəmir yolu əlaqəsinin yaradılması üçün yeni xəttin tikilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, layihələrə yüz milyonlarla dollar investisiya tələb olunsa da, investorlar artıq bu imkanları qiymətləndirirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: