22319e1a 357e 4410 86ff 5f0d07d9945c

Mingəçevirdə əsən güclü külək şəhərin müxtəlif ərazilərində fəsadlar törədib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, əsən güclü küləyin təsirindən şəhərin Əliağa Vahid və Rəsul Rza küçələrində, eləcə də ətraf ərazilərdə iri gövdəli ağaclar aşaraq nəqliyyat və piyada yollarını bağlayıb.

Nəticədə həmin ərazilərdə hərəkətdə məhdudiyyətlər yaranıb.

Küləyin yaratdığı fəsadların miqyası və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

Aşmış ağacların ərazidən götürülməsi və yaranmış problemlərin aradan qaldırılması üçün Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları əraziyə cəlb olunub.

22319e1a 357e 4410 86ff 5f0d07d9945c 1
ec3dc840 7764 480b 9c0a 2ff1b56db267
0301bcd6 1de6 46aa a70b 3d67d260e1d7
ef445256 677f 4c2d 8647 738686b6280a

Paylaş: