Rusiya Silahlı Qüvvələri PUA ilə Qara dənizdə Türkiyəyə məxsus mülki yük gəmisinə zərbə endirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində gəmidə yanğın baş verib və heyət üzvlərindən 2 nəfər yaralanıb.
Bildirilib ki, hücum Vanuatu bayrağı altında üzən (lakin Türkiyəyə məxsus olan – red) ANT adlı yük gəmisinə edilib. Hücum zamanı gəmi Türkiyə istiqamətində hərəkətdə olub. Zərbə nəticəsində yanğın başlayıb.
Ukrayna HDQ və Dəniz Axtarış-Xilasetmə Xidmətinin bölmələrinin müdaxiləsi sayəsində gəmidəki yanğın qısa müddətdə lokallaşdırılıb. Xəsarət alan iki heyət üzvü dərhal təxliyə edilərək tibb müəssisəsinə yerləşdirilib.